Zinəddin Zidan: “Çerki buna layiq idi” - VİDEO

Xəbərlər
16 İyun 2025 11:02
40
Zinəddin Zidan: “Çerki buna layiq idi” - VİDEO

"Çerki Liqa 1-də əla mövsüm keçirib".

İdman.biz xəbər verir ki, bunu fransalı baş məşqçi Zinəddin Zidan “Lion”un keçmiş yarımmüdafiəçisi Rayan Çerkinin Liqa 1-də mövsümün ən yaxşı driblinqçisi kimi tanınmasına münasibət bildirərkən deyib.

Mütəxəssis İngiltərənin “Mançester Siti” klubuna transfer edilən futbol barədə xoş sözlər vurğulayıb: "Çerkinin Liqa 1-də ən yaxşı driblinqçi mükafatını qazanması çox gözəldir, çünki o, əla mövsüm keçirib və buna layiq idi".

Qeyd edək ki, ötən mövsüm Rayan 44 matçda 12 qol vurub və 20 məhsuldar ötürmə edib. Futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2030-cu ilin yayına kimi qüvvədədir. Transfermarkt Fransa millisində də çıxış edən Çerkinin qiymətini 45 milyon avro olaraq dəyərləndirir.

İdman.biz

OSZAR »